!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ordunun qışa HAZIRLIĞI: "Tək Müdafiə Nazirliyi yox, müvafiq dövlət qurumlarının hamısı fəal olmalıdır"

!Reklam – Yazi

“Qarşıdan qış gəlir və Qarabağda qış çox ağır keçir. Buna görə də Müdafiə Nazirliyi və müvafiq dövlət qurumları xidmətin təşkili üçün indidən sürətlə işlər görüb yeni nəzarətə götürülən ərazilərdə infrastrukturu təşkil etməlidirlər”.

Bu sözləri işğaldan azad edilən yüksəkliklərdə görülməli olan işləri və ordunun qışa hazırlığını dəyərləndirən Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin hərbi polisinin keçmiş rəisi, hərbi ekspert Rövşən Məhərrəmov Yenicag.az-a açıqlamasında deyib.Rövşən Məhərrəmov bildirib ki, əldə edilən yüksəkliklər çox önəmlidir və onları qorumaq lazımdır:

“Müharibədən əvvəl yerləşdiyimiz əsas nöqtələr Murovdağ silsiləsindəki bəzi yüksəkliklər idisə, indi onların sayı daha çoxdur. Biz keçmiş təcrübəmizi daha da təkmilləşdirərək yeni ərazilərdə təminatı təşkil etməliyik. Ümumiyyətlə, Kəlbəcər zonasında təkcə xidmət edənlər yox, çoxlu sayda mağazalar və şirkətlər fəaliyyət göstərir, onların rahatlığını təmin etmək üçün işlər görülməlidir.

Müdafiə Nazirliyinin mühəndis xidməti aparmaq üçün texnikaları var və onların sayı daha da artırılmalıdır. Yeni nəzarətə götürülən ərazilərə yollar çəkilməlidir. Bizdə əvvəl də elə yüksəkliklər var idi, oranı 3-4 aylıq təminatla təmin edirdik, çünki qışda yolları qar bağlayırdı. İndi bunun məsuliyyəti daha da artıb. Laçın, Kəlbəcər ərazisində yol infrastrukturu yaradılmalıdır ki, ordumuzun hərbi qulluqçuları lazım olan hər şeylə təmin edilsin. Bundan əlavə, qış geyimləri hazırlanmalıdır. Yəni məsələ təkcə yol deyil.

Nəzarətə götürdüyümüz yüksəkliklər vacib yüksəkliklərdir. Onları qorumaq üçün mühəndis-istehkam işləri aparılır, isti postlar düzəldilir, xidmət aparmaq üçün şərait yardılır. Orada yol çəkmək çətindir, qayalıqlar daha çoxdur.

Hesab edirəm ki, bu işdə tək Müdafiə Nazirliyi yox, müvafiq dövlət qurumlarının hamısı fəal olmalıdır”.

Səxavət Məmməd

COP29

www.yenicag.az

1102
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv