Almaniya Rusiya vətəndaşlarını ölkəyə buraxmır
Almaniyada son aylarda Rusiya vətəndaşlarına ölkəyə giriş icazələrinin verilməməsi rekord həddə çatıb.
Yenicag.az xəbər verir ki, bu barədə Rusiya Turizm Sənayesi İttifaqının eksperti Mixail Abasov deyib.
“Turist vizası olanların 65 faizdən çoxu təhlükəsizlik təhdidi arqumenti ilə ölkəyə buraxılmayıb. Hətta şəxsi dəvət əsasında verilən vizalar da tez-tez rədd olunur.
Almaniyanın konsulluqları turistlərə qarşı artıq daha sərt tələblər irəli sürür. Sığortanın yalnız xarici şirkətdən alınması, maliyyə imkanlarının aktiv xarici bank kartı ilə sübut edilməsi və digər sənədlərin təqdim edilməsi tələb olunur. Şengen vizasının mövcudluğu da indi Almaniyaya girişə zəmanət vermir, çünki sərhəddə ciddi nəzarət tətbiq olunur. Rəsmi səbəb kimi qanunsuz miqrantlarla mübarizə göstərilir”, – ekspert bildirib./axar.az












