Reklam

Reklam

Öz övladlarını öldürərək daha sonra meyitlərini yandırmaqda ittiham olunan 27 yaşlı anayla bağlı müəmma davam edir.

Yenicag.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, ötən həftə həbs olunan Yelena Kərimova ilə bağlı ilk olaraq psixoloji müayinə təyin olunacaq və onun məsuliyyət daşıma qabiliyyətinin olub-olmadığı yoxlanılacaq. Lakin şahidlər Kərimovanın məhkəmədə tam sağlam psixoloji durumda göründüyünü iddia edirlər.

Yaxınlarının sözlərinə görə, gənc ana öz övladlarını çox sevib və onlara həddindən artıq  bağlı olub. Onların fikrincə, bu qarışıq vəziyyətdə uşaqların atasının da əli olmuş ola bilər.

Hadisəyə qısa nəzər salsaq, aprelin 26-da Rusiyada Semyonova rayonunda tərk edilmiş taxıl ambarında yanğın baş verib. Yanğın söndürüldükdən sonra 2 uşaq meyiti aşkarlanıb. Onların ilk öncə boğulduğu, daha sonra isə yandırıldığı məlum olub. Aparılan axtarışlar nəticəsində uşaqların anası tapılıb. Yelena Kərimova elə ilk dindirilmədə törətdiyi cinayəti etiraf edib. O, aprelin 25-də uşaqları icarəyə götürdüyü “KİA RİO” markalı avtomobilin arxa oturacağına əyləşdirib boğduğunu, daha sonra yaxınlıqdakı yanacaqdoldurma məntəqəsinə gedərək benzin aldığını, uşaqların meyitini meşəyə aparaq yandırdığını bildirib. Qadının sözlərinə görə, ovçuların görməsindən ehtiyat etdiyi üçün meyitləri yenidən maşına qoyaraq evə qayıdıb. Ertəsi gün meyitləri gizlətmək üçün Semyonova rayonuna gedib. Burada tərk edilmiş bina tapıb, meyitləri ora daşıyaraq məkanı yandırıb. Daha sonra özü oradan uzaqlaşıb.

Gənc qadın, imkansız olduğu və uşaqları saxlaya bilmədiyi üçün qətl törətdiyini deyib. Kərimovanın 2016-cı ildən etibarən külli miqdarda geri qaytarılmayan kredit borcları olub.

Lakin maraqlı məqam ondan ibarətdir ki, qadın hər kəs tərəfindən nümunəvi, ideal ana hesab olunur. Belə ki, yaxınları, qonşuları və digər şahidlər onun övladlarını çox sevdiyini dilə gətiriblər. Eyni zamanda Kərimovanın İnstaqram sosial şəbəkəsindəki hesabında da uşaqlarının şəkilləri və onlar barədə gənc ananın yazdığı sevgi dolu sözlərə rast gəlinib.

Sözügedən cinayətdə digər bir müəmma uşaqların əsl taleyi və onların ataları barədədir. Belə ki, hansısa səbəbdən hər kəs ifadə verən zaman ata ilə bağlı suallardan yayınmağa çalışıb. Məlumata görə, əslən azərbaycanlı olan həmin şəxs saxta yolla Ukrayna vətəndaşlığı da əldə edib. Onlar Yelena ilə 5 ildən çox tanışdırlar. Qadının yaxınları atanın bütün bunları düzüb-qoşaraq uşaqları özüylə aparmasından şübhələnirlər.

“Bəlkə, o uşaqları Azərbaycana aparıb. Biz onları bütün dünyada axtaracağıq. Qoy onlar Azərbaycanda olsun, amma təki sağ-salamat olduqlarını öyrənək”, – deyə uşaqların nənəsi Natalya Testenkova qeyd edib.

Məlumata görə, uşaqların atası beynəlxalq axtarışa verilib.

Yelenanın yaxınlarının irəli sürdüyü digər bir ehtimala görə, gənc ana öz uşaqlarını atalarından qorumaq üçün gizlədib və belə bir yalan uydurub. İstənilən halda, istintaq Kərimovanın əslində hansı meyitləri yandırmağa çalışdığını üzə çıxaracaq.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 1141
Kateqoriyalar:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."