“Prezident İlham Əliyev Türk dünyasının birləşdirici lideridir” – Jalə Əliyeva
“Bütün dünyanın gözü yenidən Azərbaycana, Qarabağımıza yönəlib”.
Bunu Yenicag.az-a açıqlamasında Milli Məclisin deputatı Jalə Əliyeva deyib.
O, Xankəndidə dünya ölkələri liderlərinin iştirakı ilə keçiriıən zirvə görüşünün tarixi və beynəlxalq əhəmiyyətindən danışıb.
Deputat bildirib ki, Xankəndidə ölkə liderlərinin, dünya dövlət başçılarının iştirakı ilə keçirilən görüş çox əhəmiyyətli tədbirdir.
“Bu tədbir həmçinin torpaqlarını işğaldan qurtaran, böyük qəhrəmanlıq göstərərək ədalətini bərpa edən, suverenliyini təmin edən Azərbaycanın növbəti uğuru kimi qiymətləndirilməlidir.
Prezident İlham Əliyevin durmadan artan beynəlxalq nüfuzu belə mühüm tədbirlərin həyata keçirilməsinə imkan yaradır. Bu gün İlham Əliyev təkcə Azərbaycanın yox, həm də Türk dünyasının birləşdirici simvolu, lideri kimi mühüm rol oynayır.
Xankəndidə Özbəkistan, Türkiyə, Şimali Kipr, Qırğızıstan və digər ölkələrin liderləri və nümayəndə heyətləri iştirak edir. Bütün dünyanın gözü yenidən Azərbaycana, Qarabağımıza yönəlib.”
Jalə Əliyeva vurğulayıb ki, Prezident İlham Əliyevin artan siyasi nüfuzu Azərbaycanın beynəlxalq tədbirlərə ev sahibliyi etməsini mümkün edir:
“Prezident İlham Əliyev həyata keçirdiyi siyasətlə yalnız Türk dünyasında deyil, bütün dünyada birləşdirici, sülhpərvər, əhəmiyyətli lider kimi tanınır. O, hər addımı, hər əməli ilə fenomenal rəhbər olduğunu sübut edir. Azərbaycanı düşünülmüş, uzaqgörən siyasətlə idarə edir. Onun sayəsində Azərbaycanın həm bölgədə, həm də dünyada nüfuzu durmadan artır.
Bu gün Xankəndiyə böyük qürur və inamla baxırıq, gələcəyimizə böyük ümidlə yanaşırıq. Çünki Prezident İlham Əliyevin illər öncədən gördüyü və həyata keçirdiyi dərin siyasi xətt, uzaqgörən yanaşma Azərbaycanın inkişafına və daim irəliləməsinə xidmət edir”
Deputat qeyd edib ki, Xankəndidə Özbəkistan, Türkiyə, Şimali Kipr, Qırğızıstan və digər ölkələrin liderlərinin iştirakı ilə keçirilən tədbir Azərbaycanın regionda əsas gücə çevrildiyini bir daha sübut edir:
“Əminik ki, bu fenomenal siyasət Azərbaycanın uğurlarını daha da artıracaq və gələcəkdə Qarabağ, Xankəndi, Şuşa, Laçın kimi şəhərlərimiz çoxsaylı beynəlxalq tədbirlərə ev sahibliyi edəcək”,- deyə deputat bildirib”
Nəsimi Ələsgərli