Anarın iddiası YALANLANDI: Ədəbiyyatımızda ilk dəfə tək adla kim yazıb? – FOTOLAR

Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri, Xalq yazıçısı Anar “APA”ya verdiyi müsahibəsində tək adla yazan ilk şəxsin özü olduğunu bildirib.

“Azərbaycanda tək ad yazan ilk yazıçı mən olmuşam. Məndən sonra Elçin, Qabil və digərləri tək adla yazmağa başladı”, – deyə Anar qeyd edib.

AYB sədrinin bu fikirləri ədəbi cameədə heç də birmənalı qarşılanmayıb, ədəbiyyatçı və nəzəriyyəçilər Anarın bu iddiasının yanlış olduğunu bildiriblər.

Yenicag.az xəbər verir ki, Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsinin dosenti Məti Osmanoğlu Anarın iddiası ilə bağlı sosial şəbəkə hesabında paylaşım edib.

Məti Osmanoğlu hələ 1876-cı ildə Nəcəf bəy Vəzirovun tək imza ilə çıxış etdiyini vurğulayıb.

“Bir neçə gün əvvəl Anar müəllimin adından təxəllüs kimi istifadə edən ilk yazıçı olması ilə bağlı iddiası ətrafında müzakirə açılmışdı. O qədər əhəmiyyətli məsələ olmasa da, maraqlananlar üçün deyim ki, məsələnin tarixi xeyli uzaqlara gedir: görkəmli maarifçi yazıçımız Nəcəf bəy Vəzirov 1876-cı ildə “Əkinçi” qəzetində Nəcəf imzası ilə çıxış etmişdi”, – deyə Məti Osmanoğlu qeyd edib.

Məti Osmanoğlu Nəcəf imzalı yazını da paylaşıb: