!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Anti-Türkiyə koalisiyası daha da çirkin əməllərə əl atacaq” – Azərbaycanlı politoloq

!Reklam – Yazi

 

terör-300x225Ərəstun Oruclu: “Məsələnin çözülməsi üçün ilk növbədə terror aktlarının sifarişçi və təşkilatçıları beynəlxalq birlik tərəfindən üzə çıxarılmalıdır”

Fevralın 17-də Türkiyənin paytaxtı Ankarada terror hadisəsi baş verib. Nəticədə 30-a yaxın insanın həlak olduğu, 60 nəfərin isə yaralandığı bildirilir. Son zamanıar Türkiyədə tez-tez terror olayarı baş verir. Bu hadisələr xüsusən də Ankara ilə Moskva arasında münasibətlərin korlanması və Kremlin İŞİD-ə qarşı mübarizə adı ilə kürd separatçılarına dəstəyi artırması fonunda daha da intensivləşib.

Görəsən, bu son terror hadisəsinin arxasında kim və yaxud kimlər dayanır?

“Şərq-Qərb” Araşdırmalar Fondunun rəhbəri Ərəstun Oruclu Yenicag.az-a açıqlamasında bildirdi ki, Türkiyəyə qarşı edilən bu terror aktının arxasında onun bölgədə nüfuzunun güclənməsindən narahat olan qüvvələr dayanır: “Təbii ki, Ankarada baş verən bu olay ciddi bir siyasi terror aktıdır. Bu aktın Ankarada, özü də Türkiyə  Baş Qərargahı binası yaxınlığında baş verməsi və Baş Qərargah zabitlərinin hədəfə alınması, baş nazir Əhməd Davudoğlunun Brüsselə, prezident Rəcəb Tayyib Ərdoğanın isə Bakıya planlaşdırılan səfərləri ərəfəsində törədilməsi onu göstərir ki, qardaş ölkənin bölgədə, regionda rolunun artması bəlli dairələri ciddi şəkildə narahat edir. Ona görə də Türkiyənin təsir dairəsini bütün məqbul və qeyri-məqbul üsullarla məhdudlaşdırmağa, daraltmağa çalışırlar. Bu zaman da Türkiyəyə qarşı çirkin təbliğat kampaniyasından tutmuş, terrora qədər bütün vasitələrdən istifadə edirlər. Düşünürəm ki, bunun qarşısı alınmasa davamı olacaq. Ona görə də məsələnin çözülməsi üçün ilk növbədə terror aktlarının sifarişçi və təşkilatçıları beynəlxalq birlik tərəfindən üzə çıxarılmalı, sübut və faktlarla ortaya qoyulmalıdır ki, Türkiyəyə qarşı terror siyasəti yürüdən kimdir, kimlərdir. Onda bütün bu məsələlər bitəcək. Buna nail olunmayacaqsa, Türkiyənin bölgədəki rolunun artmaması naminə anti-Türkiyə koalisiyası daha da çirkin əməllərə əl atacaq. Bunu kimlər edibsə, aydın məsələdir ki, onlara qarşı birmənalı olaraqsərt addımlar atılmalıdır”.

ELÇİN

 

COP29

www.yenicag.az

528
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv