DGK sədrinin "dünyada örnəyik" İDDİASI: "Gömrük Komitəsinin ləğv edilməsinin tərəfdarıyam"

media-hightechnic-468x90

“Azərbaycanda iş adamları arasında sorğu keçirsəniz, ən çox narazılıq olan qurumlardan biri də Dövlət Gömrük Komitəsidir”.

media-banner_tkm

Bunu REAL Partiyasının Siyasi Komitəsinin sədri Natiq Cəfərli Yenicag.az-a açıqlamasında deyib.

N. Cəfərli Dövlət Gömrük Komitəsinin (DGK) sədri Şahin Bağırovun mediaya müsahibəsində dünya ölkələrinin gömrük komitələrinin Azərbaycan DGK-dən nümunə götürdüyünü deməsinə münasibət bildirib.

Partiya sədri hesab edir ki, DGK ayrıca struktur kimi fəaliyyət göstərməməlidir:

“Partiyamızın proqram sənədində də DGK-nin ya İqtisadiyyat ya da Maliyyə Nazirliyinə birləşdirərək formal statistik qeydiyyat apara biləcək quruma çevrilməsinin, səlahiyyətlərinin azaldılmasının tərəfdarı olmuşuq. İndi də Azərbaycanda iş adamları arasında sorğu keçirsəniz, ən çox narazılıq olan qurumlardan biri də Dövlət Gömrük Komitəsidir.

Gömrük işlərinin onlayn ya da ənənəvi formada olmasının heç bir əhəmiyyəti yoxdur. Bizdə Gömrük Məcəlləsinin özü gömrük işçilərinə çox böyük nəzarət funksiyaları verir. Ona görə də funksiyalar azaldılmalıdır. Hörmətli sədrin dediyi kimi, xarici ölkələr bizim gömrük orqanlarının təcrübəsini öyrənirlərsə, onların verəcəyi ilk sual o olacaq ki, sizin ölkədə niyə ayrıca Gömrük Komitəsi var? Dünyanın çox nadir ölkələrində ayrıca Gömrük Komitəsi nazirlik kimi fəaliyyət göstərir. Bütün bunlara görə başdan yeni Gömrük Məcəlləsinin yazılması, məcəllənin sadələşdirilməsi, gömrük orqanlarının nazirliklərin birində fəaliyyət göstərməsi vacibdir. Örnək olaraq Vergilər Nazirliyini göstərə bilərik. Hansısa ciddi problem yarandımı? Daha şəffaf olduğunu görmək mümkündür. Gömrük Komitəsi də Maliyyə Nazirliyinin tabeliyinə verilsə, daha yaxşı olar”.

Nurlan Cəfəri

Mövzu ilə əlaqədar

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05