“Apple” Livan kəndlərini xəritədən sildi – FOTO

media-hightechnic-468x90

ABŞ-ın texnologiya nəhəngi “Apple” şirkəti “Apple Maps” xəritə xidmətində Cənubi Livan bölgəsinə aid yaşayış məntəqələrinin adlarını silməkdə ittiham olunur. İsrailin bölgədə hərbi əməliyyatlarını davam etdirdiyi bir vaxtda ortaya çıxan bu vəziyyət qlobal miqyasda böyük qalmaqala səbəb olub.

media-banner_tkm

Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, sosial şəbəkələrdə yayılan iddialar və paylaşılan görüntülər beynəlxalq ictimaiyyətin diqqət mərkəzindədir.

Sosial media istifadəçilərinin paylaşdığı skrinşotlara əsasən, Livanın cənubunda yerləşən bir çox kənd, qəsəbə və məhəllə adları xəritədən yoxa çıxıb. Hazırda həmin ərazilərin böyük hissəsi boş və ya isimsiz sahələr kimi görünür. Diqqətçəkən məqam isə odur ki, sərhədin digər tərəfində yerləşən İsrail yaşayış məntəqələri ən xırda detalına qədər göstərilməkdə davam edir.

media-abdli-teknoloji-devi-appledan-skandal-hareket-harita-uygulamasindan-lubnandaki-koyler-1783669_202604131047_20260413104738_3

İstifadəçilər bu vəziyyətin yalnız müəyyən bir bölgə ilə məhdudlaşmasına diqqət çəkərək, bunun texniki nasazlıq ehtimalının az olduğunu bildirirlər. Belə ki, “Google Maps” kimi digər rəqəmsal xəritələrdə həmin yaşayış məntəqələrinin adları aydın şəkildə qeyd olunub. Bu müqayisə “Apple”ın dəyişikliyi şüurlu şəkildə etdiyi barədə iddiaları daha da gücləndirib.

media-abdli-teknoloji-devi-appledan-skandal-hareket-harita-uygulamasindan-lubnandaki-koyler-1783669_202604131047_20260413104738_1

Sözügedən iddialar dünya miqyasında geniş rezonans doğurub. Bir çox analitiklər bu cür tətbiqlərin bölgədəki gərginliyi artıra biləcəyini və rəqəmsal platformaların tərəfsizliyinə kölgə saldığını vurğulayıblar.

media-abdli-teknoloji-devi-appledan-skandal-hareket-harita-uygulamasindan-lubnandaki-koyler-1783669_202604131047_20260413104738_2

Artıq müxtəlif ölkələrdən olan istifadəçilər “Apple”a qarşı boykot çağırışları etməyə başlayıblar. Baş verən müzakirələrə baxmayaraq, şirkət tərəfindən hələlik heç bir rəsmi açıqlama verilməyib.

Məsimə Məmmədova

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05