Aqil Ələsgər: Köçəryana yaxın olan qüvvələr ATƏT-də sülhü baltalamaq istəyir – VİDEO

media-hightechnic-468x90

“Təəssüflər olsun ki, illər ərzində ATƏT-in və qurumun iclaslarında iştirak edənlərin Azərbaycanla bağlı qərəzli münasibətində hər hansı dəyişiklik yoxdur”.

Yenicag.az xəbər verir ki, bunu Polşanın paytaxtı Varşavada ATƏT-in İnsan Haqlarına dair Konfransında iştirak etmiş Mətbuat Şurası İdarə Heyətinin üzvü və “Yeni Çağ” Media Qrupunun rəhbəri Aqil Ələsgər deyib.

Onun sözlərinə görə, öz ölkəsinin problemlərini dilə gətirə bilməyənlər Azərbaycanı qaralamağa cəhd edirlər:

“Biz Ermənistanla sülh prosesindəyik, amma çox təəssüflər olsun ki, buradakı Ermənistandan olan, xüsusilə Robert Köçəryanın partiyasından olan və ona yaxın qüvvələr sülhü baltalamaq üçün Azərbaycana qarşı ərazi iddialarından əl çəkmirlər, müxtəlif yalanları dövriyyəyə buraxırlar”.

Aqil Ələsgər iclasları təqib edən, müzakirələrdə aktiv iştirak edən Azərbaycan nümayəndələrinin bu yalanların qarşısında dayandığını, onlara tutarlı cavab verdiyini vurğulayıb:

“Həm insan hüquqları, həm media azadlıqları, həm məhkəmə sistemi və digər məsələlərdə Azərbaycan tərəfi ciddi şəkildə mövqeyini bildirir. Biz heç bir ittihamı cavabsız qoymur, onları dəqiq faktlarla , sənədlərlə və daha çox beynəlxalq təşkilatların rəyləri ilə susdururuq”.

 

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.10.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa