Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Aqrar sektora “SIÇRAYAN” HƏBSLƏR: “Bu proses bəzi məmurlara qədər uzana bilər” – Natiq Cəfərli

“Yeni idarəetmə strukturu yaradılmalıdır ki, gələcəkdə problemlər həbslərlə həll olunmasın”. 

Bu fikirləri Yenicag.az-a açıqlamasında Daxili İşlər Nazirliyi (DİN) tərəfindən kənd təsərrüfatı sahəsində ayrılan dövlət pullarını mənimsəməkdə şübhəli bilinən vəzifəli şəxslərə qarşı ötən gün həyata keçirilmiş əməliyyatı dəyərləndirən iqtisadçı Natiq Cəfərli deyib.

Natiq Cəfərlinin fikrincə, qeyd olunan sektor üzrə əməliyyatların davam etdirilməsi istisna edilmir və bu proses bəzi məmurlara qədər uzana bilər:

“Kənd təsərrüfatı sahəsində aqrar sahəyə ayrılan subsidiyaların normal paylanmasında, avadanlıqların alınmasında, gübrələrin baha və keyfiyyətsiz olması ilə bağlı ciddi problemlər mövcuddur.

Bu baxımdan, həbslər məhdud çevrədə olmayacaq. Ümumilikdə son zamanlar nazirliklər və dövlət idarələrində aparılan yoxlamalar onu göstərir ki, icra strukturunun idarə olunmasında yeni praktikaya ehtiyac var.

Çünki problemlərin hər dəfə həbslərə həll olunması mümkün deyil. Problemlərin həlli üçün struktur islahatlarının aparılması zəruridir”.

Gülşən Şərif

www.yenicag.az

432
reyting.az
www.interpress.az
MARGIN-BOTTOM

www.busaat.az
Ziraat Bank New 768×90 / 320×100