!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Artan əhali axını və bitməyən sərnişin sıxlığı: "Bakı artıq yaşanılası yer deyil" - Paytaxt yollarının iflic olma SƏBƏBLƏRİ

!Reklam – Yazi

“Ölkənin balanslı inkişaf etməməsi, regionların sosial-iqtisadi cəhətdən pis vəziyyətdə olması əhalinin böyük qisminin paytaxta cəmləşməsinə səbəb olub”.

Bu sözləri ötən gün metroda sərnişin sıxlığını əks etdirən fotonun geniş müzakirələrə səbəb olmasını və ümumilikdə vətəndaşların haqlı etirazına səbəb olan nəqliyyat sıxlığını şərh edən Sağlam Cəmiyyət Hərəkatının rəhbəri Elçin Bayramlı Yenicag.az-a açıqlamasında deyib.

O, bildirib ki, vətəndaşların rahatlığını təmin etmək üçün şəhərin Baş Planına uyğun sistem infrastrukturu qurulmalıdır:

“Son vaxtlar Bakının sərnişindaşıma nəqliyyatında vəziyyət daha da pisləşib. Bu vəziyyət metro ilə yanaşı, yerüstü nəqliyyata da aiddir. Marşrutların sayının azaldılması tıxac problemini daha da artırıb. Ona görə də metroya yük daha çox düşüb.

Bunlar fundamental səbəblər deyil. Əsas səbəblər dərindədir.

Ölkənin balanslı inkişaf etməməsi, regionların sosial-iqtisadi cəhətdən pis vəziyyətdə olması əhalinin böyük qisminin paytaxta cəmləşməsinə səbəb olub. Son vaxtlar regionlardan şəhərə əhali axını daha çox artdığına görə, şəhərdə əhalinin sayı da normadan artıq olub. Nəticədə tıxac problemi daha da kəskinləşib və sərnişindaşıma nəqliyyatlarında sıxlıq yaşanır.

Bu vəziyyətin aradan qaldırılması üçün əhalinin paytaxtdan regionlara qaytarılmasına şərait yaradılmalıdır. Əks halda regionlardakı əhalinin qalan hissəsi də Bakıya axın edəcək. Paytaxt artıq yaşanılası yer deyil. Çünki nəqliyyatın vəziyyəti, metroda sərnişin sıxlığı və tıxaclar o deməkdir ki, şəhər iflic olub. Bakı şəhəri normadan 2-3 dəfə artıq yüklənib.

Bundan başqa, Bakıda özbaşına və qanunsuz tikililərin inşa olunması şəhəri anormal hala salıb. Görünür, problemlərin həlli üçün şəhəri söküb yenidən tikmək lazımdır. Hazırda xaotik bir tikinti sistemi yaradılıb. Eyni zamanda nəqliyyat axınları düzgün tənzimlənməlidir. Marşrutların hərəkəti optimal tənzimlənməlidir. Həmçinin ötürücülər elə qurulmalıdır ki, alternativ yollar mövcud olsun. Hər axşam Neftçilər prospektindən şəhərin mərkəzinə doğru 5 kilometrlik tıxac yaranır. Alternativ yolların olmaması vəziyyəti qəlizləşdirir”.

Gülşən Şərif

www.yenicag.az

360
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv