Arxeoloqlar Meksika körfəzində "itmiş dünya"nı axtarırlar - İLK TAPINTILAR

media-hightechnic-468x90

Arxeoloqlar son buz dövrünün su altında qalmış qalıntılarını kəşf etmək üçün işə başlayıblar.

Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, Böyük Birtaniyanın Bredford Universiteti ABŞ şirkətləri ilə birgə Meksika körfəzində axtarışlara başladıqlarını açıqlayıb.

1.5 milyon dollar yardım alan arxeoloji araşdırmalar Teksas, Luiziyana, Missisipi, Alabama və Florida ştatlarının sahillərində aparılacaq.

İşlərin ilkin mərhələsində dəniz araşdırmaları aparılacaq, daha sonra isə dalğıclar suyun altına enərək elmi tədqiqata başlayacaqlar.

Qeyd edək ki, 115 min il əvvəl başlayıb 11 min il öncə başa çatan son buz dövründə Meksika körfəzinin bəzi hissələri quru parçaları olub. Buzların əriməsi həmin hissələrin su altında qalmasına səbəb olub.

Yeni tədqiqatla minlərlə il əvvəl həmin ərazidəki yaşayışla bağlı önəmli bilgilərin əldə edilməsi planlaşdırılır.

media-ads-468x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600