!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Astanadan Moskvaya YENİ “SÜRPRİZ”: Qazaxıstan Rusiyadakı ticarət nümayəndəliyini bağlayır

!Reklam – Yazi

Qazaxıstan hökuməti ölkənin Rusiyadakı ticarət nümayəndəliyinin bağlanması haqda layihəni müzakirəyə çıxarıb.

Yenicag.az lenta.ru-ya istinadən xəbər verir ki, bu təşəbbüslə Qazaxıstanın Ticarət və İnteqrasiya Nazirliyi çıxış edib.

Məlumata görə, nümayəndəliyin bağlanmasına dair plan artıq qanun layihəri portalında yerləşdirilib.

Qeyd edilir ki, sözügedən layihə Qazaxıstan Baş nazirinin 2023-cü il 24 yanvar tarixli (№ 12-11/Б-70) mətni açıqlanmayan göstərişinə uyğun olaraq hazırlanıb. Layihənin ictimai müzakirəsi fevralın 15-nə qədər davam etdiriləcək.

Xatırladılır ki, ticarət nümayəndəliklərinin açılması haqqında iki ölkə arasında qarşılıqlı anlaşma 1992-ci ilin oktyabrında imzalanıb.

Maraqlıdır ki, bu il yanvarın 9-da Qazaxıstan hökuməti Rusiya ilə 1995-ci il yanvarın 20-də imzalanmış tenge ilə rublun qarşılıqlı konversiyası və sabitliyinə yönəlik tədbirlər haqqında anlaşmanın da ləğv olunacağını bəyan edib.

www.yenicag.az

294
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv