!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Aşuranın gerçək mahiyyətini belə yolverilməz qaydada izah etmək olmaz” - ETİRAZ

!Reklam – Yazi

“Din xadimləri bu məsələyə şərh verərkən maksimum diqqətli olmalıdırlar ki, onların ehtiyatsız ifadələrindən yersiz məqsədlər üçün istifadə edilməsin”.

Bu fikirləri İçərişəhər “Cümə” məscidinin axundu Hacı Surxayın “Yenisabah”da yayımlanan Məhərrəm ayında toy mərasimlərinin keçirilməsinin doğru olmadığına dair fikirlərinə münasibət bildirən ekspert Əlabbas Məhərrəmov Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, Hacı Surxayın “Məhərrəmlikdə toy edənlərin 99 faizi xoşbəxt olmayacaq, uşaqları xəstə doğulacaq” kimi fikirləri cəmiyyətdə cəhalətin artmasına xidmət edir:

“İslam dünyasının müəyyən kəsimi, o cümlədən, Azərbaycan müsəlmanlarının böyük hissəsi artıq on dörd əsrdir ki, Kərbəla şəhidlərini böyük sayğı ilə anır, öz şəhadəti ilə zülmə qarşı dirəniş simvoluna çevrilmiş İmam Hüseynin ruhunu hörmətlə yad edir.

Ancaq çox təəssüf ki, cəmiyyətdə tanınan və müəyyən dini statusa malik bir çox şəxslər Aşura haqqında reallıqdan uzaq şərhlərlə anlaşılmaz vəziyyətin yaranmasına səbəb olurlar. Aşuranın gerçək mahiyyətini belə yolverilməz qaydada izah etmək olmaz.

Məhərrəm ayında toylara icazə verilməməsi kimi bir qadağa mövcud deyil. Sadəcə, insanlar min dörd yüz ildir ki, Kərbəla şəhidlərinə hörmət əlaməti olaraq, Məhərrəm ayında toy etməməyə üstünlük verirlər. Amma bəzi istisnalar əlbəttə ki olur və buna görə heç kəsə irad bildirilmir.

Ona görə də, din xadimləri bu məsələyə şərh verərkən maksimum diqqətli olmalıdırlar ki, onların ehtiyatsız ifadələrindən yersiz məqsədlər üçün istifadə edilməsin. “Məhərrəmlikdə toy edənlərin 99 faizi xoşbəxt olmayacaq, uşaqları xəstə doğulacaq” kimi fikirlər cəmiyyətdə cəhalətin artmasına yol açır və bəzilərinə boş-boş danışmaq üçün şərait yaradır. Buna əsas vermək olmaz”.

A.Zeynalov

www.yenicag.az

739
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv