Atatürkün doğum tarixi müəmması – İddia

media-hightechnic-468x90

ataturk_6366Türkiyənin qurucu prezidenti Mustafa Kamal Atatürkün vəfatının 76-cı il dönümündə, doğum doğum tarixi ilə bağlı təəccüblü bir iddia meydana çıxıb. Osmanlı arxivlərindən tapılan sənədlərə istinadən Atatürkün 1881-ci ildə deyil, 1877-ci ildə anadan olduğu bildirilir.

Yenicag.az xəbər verir ki, “Habertürk” qəzetinin yazarı Murat Bardakçı bu iddiasını təqaüddə olan din adamı Mehmet Ali Özün ortaya çıxardığı sənəd ilə əsaslandırdı. Osmanlı arvixlərində tapılan sənəddə 9 Yanvar 1893-cü ildəki gömrük məmuru Əli Rza Əfəndinin oğlu Mustafanın 16 yaşında olduğu görünür. Bu nəticəyə əsaslanan Mehmet Əli Öz, Mustafa Kamal Atatürkün 1881-ci ildə deyil, 1877-ci ildə doğulduğunu bildirir.

Həqiqətənmi Mustafa Kamal 1877-ci ildə dünyaya gəlib? O zaman nə üçün 1880 və ya 1881-ci il tarixi qeyd olunub? Hər halda bu müəmma onun doğulduğu Selanik şəhərində yaşayan yunan tarixçi tərəfindən ortaya çıxarılan doğum qeydiyyatına dair sənədin araşdırılmasının sonuclanması ilə çözüləcəyi gözlənilir.

Doğum tarixinin dəqiq olmamasının səbəbi həmin dövrdəki qarışıqlıqla bağlıdır. Və təkcə Atatürkün deyil, o dönəmdə əksər insanların doğum tarixinin dəqiq bilinmədiyi məlumdur.

Qeyd edək ki, bu gün Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün vəfatının 76-cı ildönümüdür. Bu münasibətlə, dünyanın hər tərəfində Atatürk sayğı ilə anılır.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600