ATƏT-dən Rusiyaya mesaj

media-hightechnic-468x90

76545ATƏT sədri Lamberto Zannierin ötən gündən Gürcüstana üçgünlük rəsmi səfəri başlayıb.

Yenicag.az anspress-ə istinadən bildirir ki, ölkənin Xarici İşlər Nazirliyi bildirib ki, o, səfər zamanı prezident Georgi Marqvelaşvili, baş nazir İrakli Qaribaşvili, xarici işlər naziri Tamar Beruçaşvili, parlament üzvləri və digər ölkə rəsmiləri ilə görüşlər keçirir.

L.Zannier Gürcüstanın separatçı bölgəsi Cənubi Osetiya ilə sərhəd bölgəsinə də baş çəkəcək. Hansı ki, Rusiya 2008-ci ildə Gürcüstanla qısa müharibədən sonra ölkənin separatçı bölgələri Abxaziya ilə Cənubi Osetiyanı müstəqil dövlətlər kimi tanıyıb.

Xatırladaq ki, Gürcüstan Moskvanın bu regionlar üzərində nəzarətini gücləndirmək üçün bu bölgələrlə imzaladığı yeni strateji müqavilələrin hüquqi qüvvəsi olmadığını açıqlayıb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600