İspaniyanın paytaxtı Madrid şəhərində Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin 100 illiyinə həsr olunan “Qərbi Azərbaycana qayıdış beynəlxalq müstəvidə” Avropa Forumu keçirilib.
Yenicag.az xəbər verir ki, Azərbaycan-Türkiyə Qadınlar Cəmiyyəti və Azərbaycan-Türkiyə Evinin (ATEV) təşkilatçılığı, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi, Azərbaycanın İspaniyadakı Səfirliyinin rəsmi tərəfdaşlığı ilə keçirilən tədbirdə Madriddə fəaliyyət göstərən diplomatik korpusun heyəti, qeyri-hökumət təşkilatları, düşüncə mərkəzlərinin, akademik dairələrin nümayəndələri və media təmsilçiləri bir araya gəliblər.
Qərbi Azərbaycan İcmasının sədri, millət vəkili Əziz Ələkbərli diqqəti bu tədbirin tarixi əhəmiyyətinə yönəldib: