Atı ilə bir yerdə palçığa batdı
Avstraliyanın Melburn şəhərində qəribə hadisə baş verib.
Şəhər sakini Nikola Qraham atı ilə boş ərazilərdə gəzintiyə çıxıb. Kiçik qızına da ata minməyi öyrədən ana bu vasitə ilə həm texnologiyadan uazqlaşa biləcəyinə, həm də qızına təbiəti və heyvanları sevməyi öyrədəcəyinə ümid edirdi.
Ancaq başlarına gələn talehsiz hadisə onları peşman edib. 18 yaşındakı Astro adlı atı ilə birlikdə palçığa batan talesiz ana bataqlıqda qalıb. Balaca qızı da palçığa batdığı üçün ana və balaya ətrafdakılar yardım etməyə çalışıblar.
Uzun müddət səylərdən sonra ana və balanı bataqlıqdan çıxarmaq olub. Atı bataqlıqdan çıxarmaq isə xeyli çətin olub. Ancaq sonda buna da nail olunub.