Avropa İttifaqı ləğv edilməlidir – İlon Mask

media-hightechnic-468x90

İlon Mask Avropa Komissiyası haqqında sərt fikirlər bildirib.

Yenicag.az” xəbər verir ki, İ.Mask X platformada paylaşım edərək “Aİ ləğv edilməlidir” sözlərini yazıb.

Qeyd edək ki, Avropa Komissiyası şəffaflıq qaydalarının pozulmasına görə, X şirkətini 120 milyon avro məbləğində cərimələyib. Qurum bunun səbəblərindən biri kimi istifadəçi hesablarının verifikasiya işarəsi vasitəsilə təsdiqlənməsinin istifadəçiləri çaşdırdığını göstərib.

İ.Mask Aİ-nin bu qərarına qarşı hüquqi addım atıb-atmayacağını bildirməyib. O, Aİ-ni bir sıra digər paylaşımları yenidən öz səhifəsində paylaşmaqla da tənqid edərək, qurumu senzurada ittiham edib.

ABŞ Dövlət katibi Marko Rubio da qərarı narazılıqla qarşılayaraq, bu addımı xarici hökumətlərin Amerika rəqəmsal platformalarına və Amerika xalqına qarşı hücum adlandırıb. “Amerikalıların onlayn fəaliyyətinin senzurası dövrü artıq bitmişdir”, – deyə o, paylaşımında bildirib

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 07.12.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa