Avropa İttifaqının növbəti sanksiyaları Kremlə TƏSİR EDƏCƏK?

media-hightechnic-468x90

Avropa İttifaqına üzv ölkələrin Brüsseldəki səfirlərinin bu gün Rusiyaya qarşı müzakirə etdiyi 19-cu sanksiyalar paketi Kreml üçün maneə olmayacaq.

media-resizer

Bunu Yenicag.az-a siyasi şərhçi Əhəd Məmmədli bildirib

O vurğulayıb ki, bu sanksiyalar paketi qəbul edilsə belə, Rusiyaya ciddi təsir etməyəcək:

“Əvvəlki nümunələrə baxdıqda, buna bir daha əmin olarıq. İran, Şimali Koreya və digər ölkələrə qarşı tətbiq edilən sanksiyaların hansı real təsiri olub? Təbii ki, bu, rəsmi Kreml üçün maneə olmayacaq. Avropa necə olursa-olsun, Rusiyaya qarşı mübarizə aparmalıdır. Düzdür, onlar dolayı yolla silahlı mübarizə aparırlar, amma bu, istənilən səviyyədə deyil. Sanksiyalarla Ukraynanın yanında olduqlarını nümayiş etdirirlər”.

Macarıstan və Slovakiyanın yeni sanksiyalar paketinin qəbuluna qarşı çıxması ilə bağlı Əhəd Məmmədli bildirib ki, bu dövlətlər Aİ-nin siyasətinə ciddi şəkildə təsir göstərə bilməzlər:

“Macarıstan və Slovakiyanın liderləri sağ milliyyətçidirlər və buna görə də Rusiya rəhbərliyi ilə münasibətlərin yumşaldılmasında maraqlıdırlar”.

Məlik Məlikov

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 08.10.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa