Avropa səmasında PUA həyəcanı: NATO qırıcıları havaya qalxdı

media-hightechnic-468x90

Baltikyanı ölkələrdə son günlər müşahidə olunan naməlum PUA-ların (İHA) hava məkanını pozması Avropada təşvişə səbəb olub.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, Estoniya və Litvadan sonra Latviya hava məkanına da naməlum pilotsuz uçuş aparatının (PUA) daxil olması NATO-nu hərəkətə keçirib.

Latviya Silahlı Qüvvələrindən verilən açıqlamada ölkə sərhədlərinin pozulduğu təsdiqlənib. Təhlükənin qarşısını almaq üçün NATO-ya məxsus qırıcılar dərhal havaya qaldırılıb.

Rəsmi qurumlar bölgədəki vəziyyətlə bağlı xəbərdarlıq edib: “Şərq sərhədlərimizdə hava hücumundan müdafiə qabiliyyətimizi gücləndirmişik və əlavə qüvvələr yerləşdirmişik. Rusiyanın Ukraynaya qarşı aqressiyası davam etdikcə, bu cür təxribatların və hava məkanı pozuntularının təkrarlanması ehtimalı yüksəkdir”.

Qeyd edək ki, Rusiya və Belarus sərhədi boyunca yaşayan sakinlərə ciddi təhlükəsizlik xəbərdarlığı edilib və onlara növbəti göstərişə qədər evlərində qalmaları tapşırılıb.

Son aylarda Ukraynanın Rusiyaya qarşı Baltik dənizi marşrutundan istifadə edərək həyata keçirdiyi uzaqmənzilli PUA hücumları bölgədə vəziyyəti gərginləşdirib. Ukrayna ordusuna məxsus PUA-ların Finlandiya, Latviya, Litva və Estoniya hava məkanına daxil olması ciddi diplomatik qalmaqallara yol açıb. Baltikyanı ölkələr rəsmən Moskanı günahlandırsa da, insidentlərin Ukrayna PUA-larının hədəfdən sapması nəticəsində baş verdiyi iddia edilir.

Hava məkanı pozuntuları artıq hökumət böhranına da səbəb olub; Latviya hökuməti ötən həftə insidentləri idarə edə bilmədiyi üçün istefa verib.

Dünən Litvada yaşanan hadisələr vəziyyətin nə qədər kritik olduğunu nümayiş etdirib. Paytaxt Vilnüsdə hava trafikinin dayandırılması, parlament binasının təxliyəsi və Litva Prezidenti Gitanas Nauseda ilə Baş nazir İnqa Ruqiniyenin təhlükəsizlik üçün sığınacaqlara aparılması Avropada böyük səs-küy doğurub.

Xatırladaq ki, çərşənbə axşamı NATO-ya məxsus qırıcılar Estoniya səmasında Ukraynaya aid olduğu ehtimal edilən bir PUA-nı vuraraq məhv edib.

Ayşən

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05