!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Avropanın şərq sərhədlərində GƏRGİNLİK: “Tale Rusiya ilə Belarusu eyni küncə sıxışdırıb”

!Reklam – Yazi

“Belarus ordusunun Ukrayna ilə sərhəddə bəzi təhdidedici manevrlər etməsi də bu ölkənin müharibə iştirakçısı olduğunu göstərir”.

Bu fikirləri Rusiya ilə Belarusun birgə regional ordu birləşməsi yaratmaq qərarını və qeyd olunan istiqamətdə fəaliyyətə başlanılmasını şərh edən politoloq Aydın Quliyev Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, bu addım Rusiya ilə Belarusun Qərbə qarşı vahid hərbi mövqedən çıxış etdiyini şərtləndirən təzahürdür:

“Hesab etmək lazımdır ki, Belarus artıq Ukraynada aparılan müharibənin iştirakçısıdır. Belarus bu müharibədə Rusiyaya siyasi-diplomatik dəstək verir. Rəsmi Minskin təmsilçiləri dünya çapında bu müharibəni pisləyən bəyanatlara operativ reaksiya verirlər. Üstəlik, Ukraynaya qarşı müəyyən əməliyyatların hazırlanmasında, həyata keçirilməsində Belarus ordusu bu və digər şəkildə iştirak edir. Ümumiyyətlə, Rusiya bu müharibədə Belarus ərazisindən hazırlıq platsdarmı kimi istifadə etməkdədir. Eyni zamanda, Belarus ordusunun Ukrayna ilə sərhəddə bəzi təhdidedici manevrlər etməsi də bu ölkənin müharibə iştirakçısı olduğunu göstərir.

Ancaq Belarusun Ukraynaya qarşı aparılan müharibəyə tərəf qismində qatılması yaxın perspektivdə gözlənilən mərhələdir. Minsk ilə Moskva Rusiya-Belarus ittifaq dövlətinin qərb sərhədlərini qorumaq adı altında birgə regional hərbi qüvvə yaradırsa, bəli, bu artıq həmin ölkələrin Qərbə qarşı vahid hərbi mövqedən çıxış etdiyini şərtləndirən təzahürdür. Ona görə də Rusiya-Belarus ittifaq dövlətini hərbi müstəvidə də möhkəmləndirmək cəhdi Belarusun Ukraynadakı müharibəyə qoşulmasının müddətini xeyli qısaldır.

Bundan başqa, Qərb koalisiyası çoxdandır ki, Rusiya ilə Belarusu eyni rəngdə görür. Rusiyaya qarşı tətbiq olunan sanksiyaların həm də Belarusa yönəlməsi fonunda Minskin Moskva ilə daha sinxron hərəkətə meyllənməsi çox təbii görünür. Çünki tale həm Rusiyanı, həm də Belarusu eyni küncə sıxışdırıb. Belə bir şəraitdə bu ölkələrin bütün istiqamətlərdə inteqrasiyanı dərinləşdirməyə çalışmaları təbii qarşılanmalıdır”.

A.Zeynalov

www.yenicag.az

523
!Crossmedia
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv