Avstriya parlamenti İslam haqqında qanuna dəyişiklik etdi

media-hightechnic-468x90

84720Avstriya parlamenti ölkənin İslam haqqında yüzillik qanuna dəyişikləri qəbul edib.

Yenicag.az anspress-ə istinadən bildirir ki, radikal islamçılarla mübarizə aparmağı da nəzərdə tutan qanun müsəlmanlara daha çox hüquqi təhlükəsizlik versə də, eyni zamanda məscidlərin və imamların xaricdən maliyyələşməsini qadağan edir.

Avstriyanın İnteqrasiya Naziri Sebastian Kurz islahatları müdafiə edib. Amma müsəlman liderlər deyirlər ki, islahatlar onları bərabər tutmur. 1912-ci ildə yaradılmış qanun Avstriyada İslama rəsmi din statusunu vermişdi. Həmin qanuna Avropada İslamla bağlı nümunə kimi baxılıb.

İlk dəfə üç il öncə təklif olunan yeni ölçülərdə dini tətillərin qorunması və imamların təlimdən keçməsi qeyd olunur. Amma müsəlman qruplar deyirlər ki, xarici maliyyə barədə qadağa ədalətsizdir, çünki xristian və yəhudi qruplara qarşı belə bir qadağa yoxdur. Onlar deyirlər ki, qanun müsəlmanlara qarşı inamsızlığın nümunəsidir. Bəzi qruplar konstitusiya məhkəməsində qanuna qarşı şikayət etməyi planlaşdırır.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600