Avtomobil sahibi olmaq istəyənlərə müjdə!
Avqustun 4-də Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzində (HTAM) avtomobil hərracı keçiriləcək.
Yenicag.az avtosfer.az-a istinadən xəbər verir ki, hərraca istehsal ili 1995-ci ildən 2005-ci ilə qədər olan 59 nəqliyyat vasitəsi çıxarılacaq. Maşınların qiyməti 1300 manatdan 5325 manata qədər dəyişir. 1-56-cı sətirdə olan avtomobillər təkrar hərraca çıxarılır.
Hərracda iştirak etmək istəyənlər əldə etmək istədikləri avtomobilin start qiymətinin 10%-i qədər, Azərbaycan Mərkəzi Bankındakı AZ65NABZ01361150000000004944 nömrəli hesaba beh ödəməlidir. Daha sonra ödəniş qəbzini şəxsiyyət vəsiqəsi ilə birlikdə avqustun 1-nə qədər hərrac komissiyasına təqdim etmək lazımdır. HTAM Bakı şəhəri, Nərimanov rayonu, Zeynal Xəlil küçəsi, 11a ünvanında yerləşir.