Əl Şaraa Livanın xilası üçün “Hizbullah” ilə danışıqlara hazırdır

media-hightechnic-468x90

Suriyanın keçid dövrü prezidenti Əhməd Əl Şaraa qonşu Livanda sülh və sabitliyi təmin edə biləcək həll yolunun axtarışı üzərində işləyir.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, Şaraa bu barədə BƏƏ-nin “Al Mashhad” telekanalına müsahibəsində bildirib.

“Biz Livan dövlətçiliyinin qorunub saxlanmasına zəmanət vermək üçün [Livanın radikal qruplaşması olan] “Hizbullah”la bağlı məsələni nizama salmağa çalışırıq. Əgər bu bütün tərəflər üçün faydalı olacaqsa, biz danışıqlar prosesinə hazır olduğumuzu bildiririk”, – o vurğulayıb.

Suriya lideri qeyd edib ki, uzunmüddətli böhrandan çıxmaq üçün Livanın siyasi razılıq əldə etməyə kəskin ehtiyacı var, çünki ölkədəki vəziyyət qütbləşmənin daha da artmasına tab gətirmək iqtidarında deyil.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05