Politoloq: “İran hakimiyyətinin fanatikliyi dəlilik həddinə çatır”
“Bombardman olsa bu dəfə İranın itkisi daha ağır olacaq.”
Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Xəqani Cəfərli bildirib.
Politoloq İranın Hörmüz boğazını açmağ istəməməsinin onlar üçün ağır nəticələrə səbəb ola biləcəyini diqqətə çatdırıb:
“İranın Hörmüz boğazını təkrar bağlaması liderlərinin məsuliyyətsizliyini, bəzi hallarda dəlilik həddinə çatan fanatikliyinin göstəricisidir. Çünki, bu dəfə hərbi əməliyyatlar başlasa, çox ağır nəticələr doğuracaq. Bu günə kimi Tramp İranın infrastrukturunun məhv edilməsini istəmirdi. Ancaq bu dəfə hərbi əməliyyatlar başlasa, İranın infrastrukturu dağıdılacaq. Hərbi əməliyyatlar başlasa, bu dəfə on minlərlə, bəlkə də yüz minlərlə insan ölə bilər.
Senatda Trampa ən yaxın senator hesab olunan respublikaçı senator Lindsi Qrem xəbərdarlıq edib ki, danışıqların uğursuzluğa düçar olacağı təqdirdə Prezident Tramp Hörmüz boğazını zorla ələ keçirəcək. “İran ABŞ-ın Hörmüz boğazına nəzarətinə etiraz edərsə, biz onları məhv edəcəyik.”
Qrem bu xəbərdarlığı Trampla 4.5 saat çəkən danışıqlardan sonra bəyan edib. Digər tərəfdən Respublikaçılar Partiyasının önəmli simaları Trampa təzyiq edirlər ki, hərbiçilərə başladıqları işi axıra çatdırmaq üçün imkan verməlidir.
Bütün bunlara Trampın sərt təhdidlərini də əlavə etsək, İranın hakim dairələri məsuliyyətlə davranmalıdırlar. Təəssüf ki, onlar daha çox dini fanatiklər kimi davranırlar. Bu isə çox ağır hadisələrə səbəb ola bilər.”
Nurlan Cəfəri













