Bakıda su kəsintiləri ilə bağlı AÇIQLAMA: “Sistemdə texniki bərpa və yeniləmə işləri aparılır”
“Mövsüm keçidi ilə əlaqədar su təminatı sistemində bərpa və yeniləmə işləri aparılır.”
Bu barədə Yenicag.az-a açıqlamasında Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin mətbuat katibi Ceyhun Musaoğlu məlumat verib.

C. Musaoğlu son günlər Bakı və ətraf ərazilərdə müşahidə olunan su kəsintilərinin səbəbini mövsümi dəyişikliklərlə əlaqələndirib:
“Anbarlardan qəbul edilən suyun həcmini artırmaq və sutəmizləyici qurğuların məhsuldarlığını yüksəltmək məqsədilə texniki işlər icra olunur. Bu işlər çərçivəsində paylanan suyun həcmi müvəqqəti olaraq azaldılıb. Nəticədə Bakı şəhərinin müxtəlif rayonlarında suyun verilmə qrafikində 2-3 saatlıq azalmalar tətbiq olunur. Yaranan fasilələrə görə abonentlərdən üzr istəyirik.”
Nurlan Cəfəri













