Avtomobildən bahalı telefon oğurlayan şəxs saxlanıldı

media-hightechnic-468x90

Noyabrın 14-də saat 14-00 radələrində paytaxtın Binəqədi rayonunda bir nəfərə məxsus avtomobildən oğurluq edilib.

Yenicag.az xəbər verir ki, bu barədə DİN məlumat yayıb.

Bildirilib ki, naməlum şəxs “Toyota” markalı avtomobilin qapısının açıq olmasından istifadə edərək orada olan 3000 manat dəyərində mobil telefonu oğurlayıb.

Polisin keçirdiyi tədbirlərlə talama cinayətini törətməkdə şübhəli bilinən əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş 47 yaşlı R.Hüseynov müəyyən olunaraq saxlanılıb.

Qaradağ rayonunda da analoji hadisəni törətməkdə şübhəli bilinən Gəncə şəhər sakini 45 yaşlı R.Məmmədov polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə müəyyən edilərək saxlanılıb.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 20.11.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa