“AXCP bələdiyyə seçkilərində iştirak etməyəcək”

media-hightechnic-468x90

fdfgtgjAzərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) qarşıdan gələn bələdiyyə seçkilərində iştirakdan imtina edə bilər.

Bunu  müsahibəsində Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Razi Nurullayev bildirib. 

– Razı müəllim təmsil etdiyiniz partiya Azərbaycanda qarşıdan gələn bələdiyyə seçkilərinə hazırlaşırmı?

– Əfsuslar olsun ki, Partiyaya ciddi basqılar nəticəsində ofisini itirib. Bu gündə iqamətgahsız fəaliyyət göstərir. Ona görə partiya tam olaraq bələdiyyə seçkisi üçün səfərbər ola bilməyib. Bunun üçün də bələdiyyə seçkilərində iştirak edib-etməyəcəyimizlə bağlı qərar qəbul olunmayıb. 

– Bəs iqamətgahınızın olması ilə bağlı partiya nə kimi işlər aparır?

– Təssüflər ki, ofisin göstürülməsinə çalışsaq da, heç kəs partiyaya ofis vermək istəmir. Partiyanın adı gələn kimi başların tutub qaçırlar. Bu da partiyamıza olan hakimiyyətin münasibətindən irəli gəlir. Heç kəs bizə qorxudan ofis vermək niyyətində deyil. 

– Ofisin tutulması üçün haralara müraciət etmisiniz? 

– Biz müxtəlif insanlara ofis üçün müraciət etmişik. Burada mənzilini, ofislərini kirayə vermək istəyənlər də olub. Amma təəssüflər ki, partiyanın adı gələn kimi bu işdən imtina edirlər. 

– Onda ofissiz fəaliyyət göstərəcəksiniz?

– Hazırda biz istəyirik ki, beynəlxalq təşkilatlar Azərbaycan hakimiyyəti ilə danışıqlar aparsınlar və bizə olan basqı aradan qaldırılsın. Amma hələ ki bunu görmürük. 

– Razı müəllim, sizin fikirlərinizdən elə çıxdı ki, AXCP bələdiyyə seçkilərində iştirakdan imtina edə bilər..

-Təbii ki, partiyaya bu cür basqılar davam edəcəksə, təmsil etdiyim qurum işlərini qurmaq üçün imkansız qalacaqsa və bələdiyyə seçkilərində də nisbi nəyinsə dəyişə bilməyəcəyini nəzərdə tutaraq seçkiyə getməyə də bilər. Çünki biz əmin deyilik ki, bələdiyyə seçkiləri şəffaf olacaq və bunun taleyində əvvəlcədən bəllidir. Hazırda müxalifət partiyaları da seçkilərdə iştirak üçün heç bir resursu yoxdur. Bütün bunları nəzərə alaraq, biz seçkiyə getməyəcəyimiz bardədə də qərar verilə bilər. Bu məsələ partiyanın Ali Məclisinin çıxaracağı son qərarla bağlı olacaq(aznews.az). 

10643168_10203824104835811_395473395_nZİYA ƏLİYEV

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600