Ayı hamını təəccübləndirib
Kanadanın Kuteney Milli parkında vəhşi təbiət haqqında filmin çəkilişləri zamanı maraqlı hadisə baş verib.
Çəkiliş zamanı kiçik ayı balası quraşdırılmış fotoaparata yaxınlaşaraq onunla sanki peşəkar kimi şəkil çəkmək istəyib.
Sənədli filmin müəllifləri o anda ayının şəklini çəkməyi bacarıb. Ayının kadrları yayıldıqdan sonra o bir anda bütün dünyada məşhurlaşıb.
Rejissorlar göllərdən birində balıqçılıq edən ayının yaxınlığında aparatı qurub uzaqdan onu çəkməyi planlaşdırırdılar. Çünki bu ayılar çox təhlükəli yırtıcılardır.
Çəkiliş qrupu ayının maraqlı davranışından heyran olub. Kollar arxasında gizlənən fotoqraf təəccüblü kadrları çəkib. Heyvan sanki fotoaparatla şəkil çəkmək istəyir.
(anspress.com)