AYL-də mövsümün başa çatacağı vaxt bəlli oldu

media-hightechnic-468x90

Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında 2021/2022 mövsümünün başa çatacağı vaxt bəlli olub.

Federasiyanın Mətbuat Xidmətindən Yenicag.az-a verilən məlumata görə, 4 dövrəlik mübarizədə 5 klubun iştirakı ilə təşkil olunan yarışda son turun oyunları aprelin 20-də olacaq.

Günün ilk matçında “Neftçi” və “Murov” komandaları üz-üzə gələcəklər. Oyun saat 15:00-da başlayacaq.

“Murov” voleybol klubunun idman zalında təşkil ediləcək XX turun və mövsümün son qarşılaşması isə “Sərhədçi” və MOİK komandaları arasında gerçəkləşəcək. Matçın start fiti saat 17:00-da veriləcək.

Qeyd edək ki, XIX turdan sonra “Murov” 41 xalla turnir cədvəlinə başçılıq edir. “Neftçi” 36 xalla ikinci, MOİK 25 xalla üçüncü, 6 xala malik, lakin rəqibini set fərqində qabaqlayan “Sərhədçi” 4-cü, “Ekspress” isə beşinci pillədə qərarlaşıb. Yüksək Liqada medalçılar ötən turda müəyyənləşib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600