Ayxan Hacızadədən fransalı nazirə: “Bütün maskaları yırtdı”

Fransa xarici işlər naziri Katrin Kolonnanın Ermənistanda keçirdiyi görüşlərdə saxta “blokada” və “məcburi köçkün” iddiaları sülhə xidmət etmir.

Yenicag.az xəbər verir ki, bunu Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə özünün “X” səhifəsində Fransa xarici işlər nazirinin iddialarına cavabında bildirib.

“Onun “Fransa hər zaman Ermənistanın yanındadır” ifadələri nəhayət ki, Fransanın vicdanlı broker və neytral vasitəçi olmaq iddiaları üzərindən bütün maskaları yırtdı”, – XİN rəsmisi qeyd edib.