Azadlığına qovuşan minlərlə insan: "Onlara uzadılan humanizm əli qalib gəlib"

media-hightechnic-468x90

“Keçmiş hakimiyyətlər zamanı verilən amnistiya qərarına görə azadlığa çıxanlardan fərqli olaraq İlham Əliyevin azadlığa buraxdığı şəxslər təkrar cinayət törətməyib”.

Bu fikirləri icrasına başlanılan amnistiya qərarı ilə bağlı danışan deputat Zahid Oruc Yenicag.az-a açıqlamasında deyib.

O bildirib ki, dövlətin bağışlama addımı ilə azadlığa çıxan şəxslər təkrar cinayət törətməyiblər:

“İlk növbədə, onu xüsusi vurğulamalıyıq ki, Ulu Öndər Heydər Əliyevin 1995-ci ildə yaratdığı əfv və amnistiya inistitutları əvvəlki dövrdən köklü şəkildə fərqlənməkdədir. Ona görə ki 91-93-cü illərdə amnistiya istiqamətində digər hakimiyyətlər müəyyən addımlar atmışdılar, lakin prinsip doğru seçilmədiyi üçün cəmiyyətdə cinayətlər azalmaq əvəzinə, artmışdı, kriminagen durum pik həddə çatmışdı, döyüş bölgələrinə həmin müəssisələrdən buraxılan şəxslərin çoxu sonradan silahları dövlətə qarşı yönəltmişdi. Onların da böyük hissəsi hakimiyyət çevrilişi cəhdində iştirak etmişdilər. Beləliklə, proses cəmiyyətdə daha da xaotik vəziyyətə gətirib çıxarmışdı. Ulu Öndər Heydər Əliyev tərəfindən 1996-2001-ci illər ərzində tətbiq olunan 6 amnistiya qərarı nəticəsində 35 mindən yuxarı şəxs bu qərardan faydalana bilmişdir. Həmin dövrdə dövlətin gücünü, iradəsini göstərmək çox vacib göstərici idi. İndi isə inamla söyləmək olar ki, həmin əfv fərmanlarından 30 il ərzində 10 mindən çox şəxs faydalana bilib və ən mühüm olan isə günə gün cəza çəkən şəxslərdən fərqli olaraq, dövlətin bağışlama addımı ilə azadlığa çıxan şəxslər təkrar cinayət törətməyiblər. Bu da o deməkdir ki, onlara uzadılan bu humanizm əli qalib gəlib”.

Deputat qeyd edib ki, amnistiya fərmanının icrasından sonra cəzaçəkmə müəssisələrindəki sıxlıq aradan qalxacaq:

“Digər mühüm məsələ isə odur ki, yüz min nəfərə düşən məhkum sayına görə biz orta Avropa göstəricilərində mühüm yeri tutsaq da, gerçəklik ondan ibarətdir ki, bizim müəssisələrdə ciddi sıxlıq var. O baxımdan, dövlət həbsxanaların daha çox tikilməsinə təşviq etmir, qanunvericilik sisteminə edilən dəyişikliklərlə məsələni tənzimlənməyə çalışır. Bu da təkcə cinayət qanunvericiliyini və cəmiyyəti humanizm mövqeyinə gətirmir, eləcə də penitensiar müəssisələrindəki sıxlığı aradan qaldırır”.

Z. Oruc sonda üzünü xarici ölkələrin təsiri altında Azərbaycanı qaralamağa çalışan şəxs və qurumlara tutaraq vacib mesaj verib:

“Əfv insanlara, amnistiya isə qanunvericilik sisteminə, maddələrə tətbiq olunur. Belə olan halda, hesab edirik ki, bəzi beynəlxalq qurumlar var ki, ayrı-ayrı adamların adlarını siyahıda görmək istəyirlər, onlar fərqində olmalıdırlar ki, hər bir vətəndaşın özünün hüquqları var. Belə olan şəraitdə 5000-ə yaxın şəxsin azadlığa çıxması, 3000 vətəndaşın bilavasitə cəzasının müəyyən hissələrinin bağışlanılması, o cümlədən azadlıqdan məhrum etmə yox, məhdudlaşdırılması qərarından faydalanması fonunda görməzdən gəlmək, onlara qarşı kampaniya aparmaq, müxtəlif xarici ölkələrə məxsus səhifələrlə əlaqəli olan insanlar üzərindən prosesə qiymət vermək çox yanlışdır. Onlar insan haqları mövzusunu uzun illərdir istismar edirlər. Bir məcburi köçkünün evini tikməyə kömək etməyə səy göstərməyənlər belə məsələləri beynəlxalq mediada qabardaraq, ölkəmiz əleyhinə hesabatlar təqdim edərək hücum edirlər. Düşünürəm ki, bu amnistiya aktının, həm də mayın 28-də verilən əfv qərarından sonra zəfərimizlə əlaqədar ikinci addım kimi olması, bundan əvvəl də qələbə amnistiyası ilə çıxış etməyimiz bir daha əmin-amanlığa, vətəndaş həmrəyliyinə səbəb olacaq hadisədir. Bu insanlarla biz bu gün görüşərkən onların özləri və ailələrini necə sevindiyinin şahidi olduq. Biz də onlara arzu etdik ki, qisasçılıqdan, kin-küdurətdən azad olsunlar və cəmiyyətimizə tam hüquqlu vətəndaş kimi dönsünlər. Qarabağa gedib ziyarət etsinlər və quruculuqlara öz töhfələrini versinlər. Düşünürəm ki, dövlətin bu qərarı hüquq sistemimiz üçün ictimai siyasi münasibətlərə verilən töhfə və humanizmi gücləndirmək baxımından misilsiz bir qərardır, millətimiz də bunu yüksək qiymətləndirir”.

Nurlan Cəfəri

Mövzu ilə əlaqədar

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 22.12.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa