Bu gün deputat Azay Quliyev seçicisi olan gənclərlə Binəqədi rayonunda görüş keçirib.
2 fevral Gənclər gününün elan olunmasından ötən 20 il ərzində ölkəmizin böyük inkişaf yolu keçdiyini deyən Azay Quliyev dövlətimizin gənclərə olan qayğısı haqqında danışıb. Azay Quliyev Azərbaycan müstəqillik əldə etdikdən sonra gənclər hərakatının formalaşma mərhələləri, Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 2 fevral 1996-cı ildə birinci Gənclər Forumunun keçirilməsi, bu tarixi proses haqqında xatirələrini bölüşüb.
Yeniçağ.Az xəbər verir ki, deputat Azay Quliyev Leyla Quliyeva, Fidan Axundova, Nurlan Hacıyev, Sona Quliyeva və digər gənclərin beynəlxalq əməkdaşlıq proramlarında iştirak, multikutralizm sahəsində həyata keçirilən layihələr, beynəlxalq münasibətlərdə ikili standartların tətbiqi, gənclərin könüllülük mübadiləsi, təhsil və digər mövzularda suallarını cavalandırıb.
Gənclər çıxış edərək təhsilində və ictimai fəaliyyətində fərqlənən bir qrup gəncin valideyninə Gənclər günü münasibəti ilə ünvanladığı məktuba görə deputatları Azay Quliyevə təşəkkürlərini bildiriblər.
Azay Quliyev görüşdə müzakirə olunan məsələlərin icrası və gənclərin irəli sürdüyü məsələlərin həlli ilə bağlı təkliflərini verib.
Yeniçağ.Az
www.yenicag.az