Azay Quliyev seçki müşahidə missiyasına rəhbərlik edəcək

media-hightechnic-468x90

azayquliyevfotoMilli Məclisin deputatı, ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev oktyabrın 12-dən 18-dək Monteneqronun Podqoritsa şəhərində səfərdə olacaq, ATƏT PA-nın seçki müşahidə missiyasının rəhbəri qismində bu ölkədə keçiriləcək parlament seçkilərini izləyəcək.

media-banner_tkm

Bu barədə AzVision.az-a Milli Məclisin mətbuat xidmətindən məlumat verib.

ATƏT PA-nın Monteneqroda keçiriləcək seçkilər üzrə müşahidə missiyasının rəhbəri A.Quliyev səfər çərçivəsində Monteneqronun dövlət və hökumət rəsmiləri, seçkilərdə iştirak edən siyasi partiyaların nümayəndələri, o cümlədən QHT və KİV təmsilçiləri ilə görüşlər keçirəcək, seçkiqabağı vəziyyətlə tanış olacaq.

Oktyabrın 16-da deputatımız seçki məntəqələrində səsvermənin gedişinə və seçicilərin fəallığına diqqət yetirəcək, səslərin hesablanması prosesini izləyəcək.

Ertəsi gün A.Quliyev seçkilərin yekununa dair ATƏT PA-nın seçki müşahidə missiyasının rəyini mətbuata təqdim edəcək.

 

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05