Azərbaycan bu dələduzu axtarır

media-hightechnic-468x90

b03a829d609d3ae6fad6045765e32c53Azərbaycanda daha bir tikinti şirkətinin rəhbəri barəsində axtarış elan olunub.

Yenicag.az APA-ya istinadən xəbər verir ki, “RUM” Mənzil Tikinti Kooperativinin direktoru, 1952-ci il təvəllüdlü Hüseynov İmran Bünyad oğlu Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirləndirilir.

Qeyd edək ki, İ. Hüseynov Bakıda çoxmərtəbəli yaşayış binasında mənzilləri təkrarən ayrı-ayrı şəxslərə satmaqla 185 min 550 manat məbləğində özgə əmlakını aldatma və etibardan sui-istifadə etməklə ələ keçirməkdə günahlandırılır.

2015-ci ilin fevralında Baş Prokurorluq İ. Hüseynovun qanunsuz əməlləri və tutulması barədə məlumat yayıb.

Bakı şəhər Baş Polis İdarəsi isə İ. Hüseynovun yenidən axtarışda olması barədə məlumat yayıb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600