Paytaxtda qadınlara əxlaqsız təkliflər edən şəxs həbs edildi

media-hightechnic-468x90

Bakıda ictimai nəqliyyatda qadınlara qarşı əxlaqsız hərəkətlər edən şəxs həbs edilib.

media-banner_tuq

Yenicag.az-ın məlumatına görə, bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.

Paylaşılan videolardan sonra sosial şəbəkə istifadəçilərinin yazdıqları şərhlərdən məlum olub ki, görüntülərdə əks olunan şəxs xeyli sayda qadına qarşı da oxşar xarakterli əxlaqsız hərəkətlər edib.

Məsələ ilə bağlı polis araşdırmalara başlayıb və həmin şəxs saxlanılıb. Araşdırma zamanı müəyyən edilib ki, Bakıda 119 nömrəli marşrut avtobusunda qadınlara qarşı əxlaqsız hərəkətlər edən şəxs 46 yaşlı Nizami İsgəndərovdur.

Adıçəkilən şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda faktla bağlı araşdırmalar davam etdirilir.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05