Azərbaycan çempionu “Beşiktaş”la müqavilə imzalayıb

media-hightechnic-468x90

download (4)“Rabitə”nin voleybolçusu Sanya Staroviçin “Beşiktaş”a keçidi rəsmiləşib.

31 yaşlı serbiyalı hücumçu İstanbul təmsilçisi ilə danışıqları müsbət yekunlaşdırıb.

“Qara qartallar” Staroviçlə anlaşdıqlarını və onunla 1 illik müqaviləyə imza atdıqlarını açıqlayıblar.

Qeyd edək ki, 2008-ci ildən Bakı klubunun şərəfini qoruyan və son mövsümdə kapitan sarğısını daşıyan Staroviç “Rabitə” ilə 6 dəfə Azərbaycan, 1 dəfə dünya çempionu adını qazanıb. O, həmçinin təmsilçimizin heyətində 1 dəfə mundialın və 2 dəfə Çempionlar Liqasının gümüş medalına yiyələnib.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 20.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa