!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycan-Ermənistan sərhədini Rusiya necə dəqiqləşdirəcək? – “İrəvana altı ay vaxt verilib” - ŞƏRH

!Reklam – Yazi

“Sərhədlərin dəqiqləşdirilməsində hansı xəritənin əsas götürüləcəyi hələ məlum deyil”.

Bu fikirləri Azərbaycan-Ermənistan sərhədlərinin dəqiqləşdirilməsi üçün Rusiyalı generalların İrəvana gəlişi haqda məlumatları şərh edən Erməni Araşdırma Mərkəzinin rəhbəri, professor Qafar Çaxmaqlı Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, Rusiya heyətinin Ermənistana gəlişindən sonra bu istiqamətdə işlərin sürətlənəcəyini gözləməyə dəyər:

“Əslində, Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyası və demarkasiyası dövlət başçılarının 26 noyabr Soçi görüşündə müzakirə edilən əsas məsələlər sırasında olub. Hər halda, həmin görüşdə bu istiqamətdə işlərin başlaması ilə bağlı razılığa gəlindiyini ehtimal etmək olar.

Bəli, Ermənistan mediası artıq bir qrup rusiyalı hərbçinin ölkəyə gəlişi haqda məlumat yayımlayıb. Hətta erməni mediasının iddiasına əsasən, bu məsələnin həlli üçün Ermənistana altı ay vaxt verilib. Yəni bu müddət ərzində sərhədlər müəyyənləşməli və ardınca sülh sazişi üzərində işlərə başlanılmalıdır.

Bununla belə, sərhədlərin dəqiqləşdirilməsində hansı xəritənin əsas götürüləcəyi hələ məlum deyil. Ermənilər bildirirlər ki, sovet dövründə müttəfiq respublikaların dəqiq sərhəd yox, sadəcə, ayırıcı xətləri olub. Amma bizim əlimizdə hələ 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin hüdudlarını təsdiqləyən bir sıra beynəlxalq sənədlər var ki, onlar bu gün çox böyük əhəmiyyətə malikdir. Digər tərəfdən, Azərbaycan Respublikasının məhz Cümhuriyyətin varisi olduğu da Müstəqillik Haqqında Konstitusiya Aktında öz əksini tapıb.

Məlumdur ki, bu məsələ barəsində danışan Rusiya prezidenti sərhədlərin müəyyənləşdirilməsi üçün 1920-ci ildən, yəni Zəngəzurun Ermənistana verilməsindən sonrakı xəritələrin əsas götürüləcəyini bəyan edib. Ancaq bu da nisbətən məqbul yanaşmadır. Çünki 1920-ci ildən sonra da Azərbaycanın bır sıra əraziləri Ermənistana verilib.

Fikrimcə, Rusiya heyətinin Ermənistana gəlişindən sonra bu istiqamətdə işlərin sürətlənəcəyini gözləməyə dəyər. Amma Azərbaycan bütün hallarda öz milli maraqlarını sona qədər qorumaqda qətiyyətli olmalıdır”.

A.Zeynalov

www.yenicag.az

817
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv