Azərbaycan İraqa başsağlığı verdi

Azərbaycan Xarici İşlər Nazirliyi İraqa başsağlığı verib.

Yenicag.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin “X” hesabında bildirilib.

“Neynəva əyalətindəki toyda baş verən yanğın zamanı 115-dən çox insanın ölümü və onlarla insanın yaralanması ilə əlaqədar ölənlərin ailələrinə, İraq hökumətinə və xalqına başsağlığı veririk”, – paylaşımda qeyd olunub.