Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

"Azərbaycanla Türkiyənin qardaşlığı iki uzun adam sayəsində möhkəmlənir" - Yalçın Topçu

Reklam: High Technic

“Bakının əlinə tikan batsa, Ankara bunu öz ürəyində hiss edir”.

Yenicag.az xəbər verir ki, bu fikirləri Bakıya səfərə gələn Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın baş müşaviri Yalçın Topcu jurnalistlər üçün hava limanında keçirtdiyi brifinqdə səsləndirib.

Ərdoğanın baş müşaviri Azərbaycan-Türkiyə qardaşlığının mövcud problemləri tezliklə aradan qaldıracağını əminliklə söyləyib:

“Buraya ilk dəfə bir müddət əvvəl Rəcəb Tayyib Ərdoğanla birlikdə gəldik. Onda həm bölgəmizə, həm Bakıya, həm də Ankaraya, eyni zamanda, Çindən İngiltərəyə qədər sabitliyi və sülhü təmin edəcək, həmçinin, rifahı yüksəldəcək möhtəşəm bir layihənin – Bakı-Tiflis-Qars dəmiryolu layihəsinin təməli qoyulmuşdu.

İnşallah, bu dəmiryolu Bakı ilə Azərbaycanın, o cümlədən ölkələrimizin, bəşəriyyətin təhlükəsizliyinə və rifahına təkan verəcək.

Sözümün əvvəlində dediyim kimi, Azərbaycanla Türkiyə əkiz qardaşdırlar. Diplomatiyada dostluq olsa da, qardaşlığa çox az rast gəlinir. Dünyada “ Biz qardaşıq” deyə bildiyimiz iki ölkə məhz Azərbaycanla Türkiyədir.

Son illərdə bu qardaşlıq münasibətləri “İki uzun adam”ın sayəsində getdikcə möhkəmlənir. Türkiyədə bir, Azərbaycanda isə digər “uzun adam” var. Allah onların hər ikisinə boyları qədər uzun ömür versin.Həm Azərbaycan, həm də Türkiyə adına çox nəhəng layihələrə imza atılır. Eyni zamanda, siyasi, iqtisadi, mədəni birgəliyimiz də gündən-günə güclənir. Beynəlxalq toplantılarda da hər iki ölkənin prezidenti bu prinsipdən çıxış edir. Bakının əlinə tikan batsa, Ankara bunu öz ürəyində hiss edir. Eynilə də, Ankaranın əlinə tikan batsa, Bakı bunu öz ürəyində hiss edir.

Əlbəttə, problemlərimiz də var. Ancaq Bakı ilə Ankaranın qardaşlığı sayəsində o problemlər də aradan qaldırılacaq. Ən böyük broblemlərdən biri BMT-nin, ATƏT-in Minsk qrupunun səylərinə baxmayaraq, dünyanın gözü önündə davam edən Qarabağın alçaq, xain işğalıdır. Qarabağ torpaqları bu an işğal altındadır. Bütün dünya da bunu belə bilir. Ancaq Minsk qrupu hadisələri seyr etməklə məşğuldur.

Lakin İnşallah, ermənilər işğal etdikləri Azərbaycan ərazilərini ən qısa vaxtda qeyd-şərtsiz boşaldacaqlar. Azərbaycan öz əraziləri üzərində nəzarəti bərpa edəcək. Laçın, Şuşa, Ağdam uşaqları ata-baba torpaqlarına qayıdacaqlar. Bu, Ankaranın da ən böyük arzusudur”.

Brifinqdə çıxış edən Türkiyə Böyük Millət Məclisinin (TBMM) AKP millət vəkili, Yeni Düşüncə Dərnəyinin sədri Mətin Gündoğdu qarşılıqlı əlaqələrdə mədəni tədbirlərin mühüm yer tutduğunu bildirib:

“Bu gün Yeni Düçüncə Dərnəyi olaraq, Türkiyə Mədəniyyət Nazirliyinin dəstəyi ilə təşkil olunan Türk filmləri həftəsində iştirak üçün buradayıq. İnanıram ki, mədəni əlaqələrin güclənməsi həm siyasətə, həm də iqtisadiyyata müsbət təsir göstərir.

Müasir dünyada film çox mühüm informasiya vasitəsidir. Biz bir-birimizin həyatını kino vasitəsilə daha yaxından tanıya bilirik”.

Araz Zeynalov

Foto: Elvin Paşazadə

www.yenicag.az

2274
SFERA
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM