Azərbaycan-İtaliya hərbi pilotları arasında ekspert görüşü keçirildi

media-hightechnic-468x90

Azərbaycan Hərbi Hava Qüvvələri ilə İtaliya Respublikası Silahlı Qüvvələrinin Baş Qərargahı arasında imzalanmış ikitərəfli hərbi əməkdaşlıq planına uyğun olaraq hərbi pilotların təcrübə mübadiləsi çərçivəsində ekspert görüşü keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Yenicag.az-a verilən məlumata görə, “Təkmil uçuş təlimi sahəsi üzrə ekspert görüşü” zamanı 4-cü və 5-ci nəsil döyüş təyyarələrinin pilotlarının təməl və təkmil səviyyəsində hazırlığı, eləcə də “Beynəlxalq təlim məktəbi” haqqında tərəflərin təqdimatları dinlənilib.

Görüşdə qarşılıqlı təcrübə mübadiləsi məqsədilə bu cür tədbirlərin keçirilməsinin əhəmiyyəti xüsusi qeyd edilib.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 02.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa