Azərbaycanda 6 ölkənin iştirakı ilə hərbi təlim keçiriləcək - FOTO

media-hightechnic-468x90

Azərbaycanda təşkili nəzərdə tutulan “Birliyin Gücü – 2026” birgə hərbi təlimin planlaşdırma konfransı keçirilib.

media-banner_tkm

Bu barədə Yenicag.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Cəmşid Naxçıvanski adına Hərbi Liseydə keçirilən konfransda Azərbaycanla yanaşı Türkiyə, İran, Qırğızıstan, Özbəkistan və Pakistanın nümayəndə heyətləri iştirak ediblər.

Qonaqları salamlayan general-leytenant Azər Əliyev ölkələr arasında hərbi əməkdaşlığın uğurla inkişaf etdiyini qeyd edib.

Bildirilib ki, “Birliyin Gücü – 2026” birgə hərbi təlimin əsas məqsədi ölkələrin orduları arasında əməkdaşlığın genişləndirilməsi, şəxsi heyətin praktiki vərdişlərinin təkmilləşdirilməsi, qarşılıqlı təcrübə mübadiləsi, həmçinin dayanıqlı sülhə və təhlükəsizliyə töhfə verməkdir.

Tədbir iştirakçılarına təlimin sualları, ssenarisi və yerinə yetiriləcək döyüş epizodları haqqında ətraflı məlumat verilib.

Konfrans çərçivəsində qonaqlar təlim keçiriləcək ərazi ilə əyani tanış olaraq, tapşırıqları dəqiqləşdiriblər.

Sonda iştirakçı ölkələr konfransın yekununa dair protokol imzalayıb, maraq doğuran digər məsələlər haqqında ətraflı fikir mübadiləsi aparıblar.

media-6umfrsiiggkgxmahjgefep0vlayeojs1pbkvqu9r_1200 media-ad5ljeaayfcdkkfssfu4cct9adxq2xsdbrlsqptm_1200 media-vmqryham6zgwmeni5bk3nlbb8klnsrarmwdhxhfz_1200 media-unq1t5wiv1eo1bjkg8qghombq4o2sqeqvomdi205_1200 media-pela0xqnotrvkhkrftr1cvuzea1vcexgxytzscif_1200 media-pdji5k42hjiqq8mfcvcgssi5efr7vvrpysclkhjv_1200 media-swusj98yxgkwatjawffbgbdujrifi3otplvqoqc2_1200

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05