!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Azərbaycan komandalarının avrokubok HƏYƏCANI: “İnanıram ki, hər iki komandamız növbəti mərhələyə adlayacaq”

!Reklam – Yazi

“Zirə” və “Sabah” cütün taleyini 70 faiz həll ediblər”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında avrokuboklarda çıxış edən “Zirə” və “Sabah” komandalarının Konrans Liqasında cavab oyunlarını dəyərləndirən futbol mütəxəssisi Ceyhun Sultanov deyib.

Mütəxəssis hər iki komandaya uğurlar arzulayıb.

“Əfsuslar olsun ki, “Sumqayıt” növbəti mərhələyə vəsiqə qazana bilmədi. Ümid edirdim ki, komandamız keçməyə qadirdir. Lakin bu, futboldur. Futbolda belə məqamlar olur. “Sumqayıt” yenə də yaxşı komandır. Komanda yaxşı formalaşıb”, – deyə o əlavə edib.
C.Sultanov qeyd edib ki, Avrokuboklarda çıxış edən digər komandalarımız “Zirə” və “Sabah”ın matçlarına gəldikdə, hər ikisi də cütün taleyini 70 faiz həll ediblər:
“Əsas olan ilk hissələrdə diqqətli oynamaq və lazımi dərəcədə düzgün oyuna hazır olmalıdırlar. İnanıram ki, hər iki komandamız növbəti mərhələyə adlayacaq. “Sabah”ın rəqibi “Makkabi”nin daha güclü olmasına baxmayaraq, komandanın növbəti mərhələ adlaması real görünür. Hər iki komandamıza da uğurlar arzulayıram. Bundan başqa, bizi Azərbaycan Çempionatında da maraqlı oyunlar gözləyir. Düşünürəm ki, avrokubok oyunları nə qədər uzun çəksə, bir o qədər komandalarım üçün yaxşı olacaq”.

İsmayıl Bakuvi

COP29

www.yenicag.az

164
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv