"Mən bəzən Lenindən sitat gətirirəm, indi kommunistəm?" – Sardar Cəlaloğlundan Fazil Mustafaya CAVAB

media-hightechnic-468x90

“Hər kəsin öz siyasi mövqeyi var. Mən dediyim məsələlərin hamısı müəyyən faktlara əsaslanır. Mən heç kimin şəxsiyyətini təhqir etməmişəm. Bu Fazilin üslubudur. Siyasi arqumentləri zəif olduğuna görə çalışır ki, təhqirdən, küçə terminləri ilə danışsın. Hərənin öz yolu var, hərənin öz dəst-xətti var”.

media-banner_tuq

Bunu Yenicag.az-a açıqlamasında Sərdar Cəlaloğlu deyib.

S. Cəlaloğlu deputatı təriqət söhbətləri etməkdə günahlandırıb:

“F. Mustafa Ş. İsmayıl Xətai ilə bağlı danışanda ona 150 səhifəlik cavab yazmışam. Bu onu narahat edir. Mənim Xətaini müdafiə etməyimi o şiəliyi müdafiə etmək kimi anlayır. Bunu isə İrana işləmək kimi anlayır. Halbuki, şiəlik Azərbaycan xalqının böyük bir hissəsinin təriqətidir. Biz öz xalqımızı seviriksə dinimizi, təriqətimizi sevməyə, müdafiə etməyə borcluyuq. Şiəlik yalnız farslara xas deyil. Şiəlik farslardan öncə Ş. İsmayıldan öncəki dövrdə də mövcud idi.”

S. Cəlaloğlu deputatın özünə qarşı törədilmiş terror hadisəsində əli olanların Cəlaloğlunun ifadələrini sitat gətirməsi ittihamlarına da sərt cavab verib:

“İndi də ona kimsə qəsd edib. Məhkəmədə mənim gətirdiyim arqumentlərə istinad ediblər guya. Mən Azərbaycan tarixini qorumağa borcluyam. Kimsə ona qəsd edibsə və məhkəmədə mənim sözlərimi istinad etdiyini bildirir. Bu gün kimsə Hitlerin fikirlərindən istifadə edirsə bu o demək deyil ki o faşistdir. Mən bəzən Lenindən sitat gətirirəm. İndi mən kommunistəm? Tutalım Fazilə qarşı terror törədən şəxslər mənim fikirlərimdən sitat gətirib. Nolsun? Mən demişəm ki Fazil Azərbaycanda yaşayan şiə çoxluğunun dini hisslərini aşağılayır, vəssalam.”

Sonda partiya sədri deputatı tapşırıqla tənqid edən ictimai xadim kimi təqdim edib.

Nurlan Cəfəri

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05