Azərbaycan millisində koronavirusa KÜTLƏVİ YOLUXMA 

media-hightechnic-468x90

18 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasında kütləvi yoluxma qeydə alınıb.

Yenicag.az xəbər verir ki, komandada 6 futbolçu, 1 nəfər məşqçi və inzibati heyət üzvündə koronavirus aşkarlanıb.

Həmin futbolçular bunlardır: Adəm Topalov, Həmzəli Mikayılov, Eşqin Əhmədov, Hacıəli Şirəliyev, Murad Məmmədov, Sənan Ağalarov. Yoluxan məşqçi isə Aslan Kərimov və inzibatçı Ehtiram Abbasovdur.

Bununla əlaqədar millinin toplanışı və səfəri ləğv olunub.

Qeyd edək ki, U-18 komandası fevralın 3-dən 14-dək Belarusun paytaxtı Minskdə təşkil ediləcək beynəlxalq turnirdə iştirak etməli idi.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600