"Azərbaycan Ordusu həssaslıqla davrandı" - Prezidentin köməkçisi

media-hightechnic-468x90

“Ağdam-Xankəndi yolunun təmiri reinteqrasiyanı vəd edir”.

Yenicag.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bölgədəki son vəziyyətlə bağlı sentyabrın 20-də Xarici İşlər Nazirliyində Azərbaycanda akkreditə olunmuş diplomatik korpus üçün keçirilən brifinqdə deyib.

Onun sözlərinə görə, Qarabağdakı erməni hərbi birləşmələrin mövcudluğu reinteqrasiyaya mane olurdu: “Ona görə də Azərbaycan Ordusu məhdud, lokal antiterror tədbirləri keçirməli oldu. Azərbaycan Ordusu həssaslıqla davrandı, mülki obyektlərə zərbə endirmədi”.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600