Ötən gün polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 2 avtomat silahı, 2 qumbara, 9 tüfəng, 10 patron darağı və 486 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.
Bu barədə Yenicag.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, polis əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.













