!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycan-Serbiya iqtisadiyyat əlaqələri müzakirə olundu

!Reklam – Yazi

İqtisadiyyat naziri Mikayıl Cabbarov Serbiyanın baş nazirinin müavini, maliyyə naziri Sinişa Mali və mədən və energetika naziri Dubravka Djedoviçlə görüşüb.

Yenicag.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi məlumat yayıb.

Bildirilib ki, görüşdə qarşılıqlı hörmət və etibarlı tərəfdaşlıq prinsiplərinə əsaslanan Azərbaycan-Serbiya münasibətlərinin, siyasi-iqtisadi əlaqələrin inkişaf etdiyi vurğulanıb. Bildirilib ki, ölkələrimiz arasında çoxşaxəli müqavilə-hüquq bazası yaradılıb ki, bu da iqtisadi gündəliyimizin genişlənməsinə və potensialımızın reallaşdırılmasına möhkəm zəmin yaradır. İqtisadiyyat naziri ölkəmizdə aparılan iqtisadi islahatlar barədə məlumat verib, ticarət, investisiya, sənaye, energetika, kənd təsərrüfatı, nəqliyyat, turizm, İKT sahələrində əməkdaşlığın inkişaf etdirilməsi üçün geniş imkanların olduğunu vurğulayıb və bu sahələrdə əlaqələrin genişləndirilməsinə dair fikirlərini bölüşüb.

Serbiyanın baş nazirinin müavini, maliyyə naziri Sinişa Mali ölkəsinin Azərbaycanla tərəfdaşlıqda maraqlı olduğunu qeyd edib, Serbiya-Azərbaycan iqtisadi əməkdaşlığın perspektiv istiqamətləri barədə danışıb.

Serbiyanın mədən və energetika naziri Dubravka Djedoviç Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın həyata keçirdiyi layihələrin əhəmiyyətindən bəhs edib, bu günlərdə Rumıniyada imzalanmış “yaşıl” enerji ilə bağlı sazişin önəmini qeyd edib.

Tərəflər ölkələrimiz arasında iqtisadi-ticari əlaqələrinin genişləndirilməsi, investisiyaların təşviqi və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparıblar.

www.yenicag.az

442
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv