Azərbaycan və Böyük Britaniya arasında hərbi əməkdaşlıq güclənəcək - ŞƏRH

media-hightechnic-468x90

“Avqustun 8-də Vaşinqtonda Azərbaycan və Ermənistan arasında sülh sazişinin paraflanmasından sonra Cənubi Qafqaza əmin-amanlığın gələcəyinə dair ümidlər artmaqdadır”.

media-7bfd9ca93cd3963ca90b37818e952f8e

Bu fikirləri Yenicag.az-a açıqlamasında siyasi şərhçi Cavanşir Abbaslı Böyük Britaniyanın Azərbaycan və Ermənistana qoyulan silah embarqosunun ləğvini şərh edərkən deyib.

O bildirib ki, bu olduqca vacib addımdır və artıq Azərbaycanla Ermənistan arasında münaqişənin qalmadığının qəbul edildiyinin göstəricisidir:

“Böyük Britaniya haqq davamızda hər zaman ölkəmizin yanında olub. Vətən müharibəsi zamanı Britaniya hökumətinin dəstəyini xatırlayırıq. Birləşmiş Millətlər Təşkilatının (BMT) 5 daimi üzvündən biri kimi, Azərbaycan əleyhinə qərar qəbul olunduqda veto ilə çıxış ediblər. Böyük Britaniyanın həm Azərbaycan, həm də Ermənistanla bağlı eyni addımı atması o deməkdir ki, sözügedən ölkə inanır ki, rəsmi Bakı və İrəvan arasında yaxın zamanda sülh imzalanacaq”.

Ekspert vurğulayıb ki, bundan sonra Azərbaycan və Böyük Britaniya arasında hərbi sahədə əməkdaşlıq daha da güclənə bilər:

“Sözügedən ölkənin bu qərarı regionda təhlükəsizlik baxımından mühüm addımdır. Britaniya bölgədə sülhün əldə olunmasında maraqlıdır. Düzdür, burada onların dövlət maraqları da var – hər zaman Cənubi Qafqaza təsiri olan ölkələrdən olmaq istəyiblər. Bu gün də cəhdlər davam edir. Onlar Rusiya, Fransa, ABŞ, Çin kimi ölkələrlə rəqabətdədirlər. Onu da vurğulamaq yerinə düşər ki, Azərbaycanla Böyük Britaniya arasında təhlükəsizlik və müdafiə sahəsində güclü əməkdaşlıq mövcuddur. Düşünürəm ki, bu qərardan sonra sözügedən istiqamətdə daha praktik addımlar atılacaq”.

Məlik Məlikov

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.10.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa